22 Noyabr 2014 10:19
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hərbçiləri Ukraynaya veriləcək minaatan əleyhinə yüngül radar sistemlərinin ilk üç ədədini bu ölkəyə çatdırıblar.

Bunu Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Stiv Uorren açıqlayıb. O bildirib ki, Ukraynaya verilən radiolokasiya sistemləri minaatan atəşinin yaxınlaşdığını görür və tez bir zamanda düşmən mövqelərini müəyyənləşdirir. S. Uorren deyib ki, bu sistemlərdən nə zaman və harada istifadə olunacağını Ukrayna özü müəyyənləşdirəcək.


Pentaqon ümumilikdə Ukraynaya 20 bu tip sistem təqdim olunacağını elan edib. Bu, ABŞ-ın Ukraynaya edəcəyi 118 milyon dollarlıq hərbi yardımın tərkib hissəsidir./apa/


Müəllif: