Kiyevdə bir neçə güclü partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, yerli vaxtla 18:40-da baş verən partlayışların şəhər mərkəzinin cənubunda qeydə alındığı bildirilib.
Məlumata görə, bu gün ərzində Kiyevdə partlayışlar çox güclü olub. Hadisədən dərhal sonra şəhərdə həyəcan siqnalı işə düşüb.
Daxili işlər nazirinin müşaviri Anton Geraşenko Pripyatda danışıqların ardınca Rusiya ordusunun “İsgəndər” raketi ilə Kiyevə zərbə endirdiyini bildirib.