Qərb Ukrayna ilə birləşib Rusiyanı aldatmağa çalışır.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Qərb Rusiyanı separatçılıqda ittiham etmək istəyir: “Biz Qərb ölkələri ilə münasibətlərimizi yaxşılaşdırmağa çalışırıq. Qərb isə Ukraynanın şərqində baş verənlərdə Rusiyanı günahlandıraraq, bizim tərəfdaşlığımızı ikinci plana atır. Qərb gizlətmir ki, əsas məqsəd Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə hakimiyyəti dəyişdirməkdir. Onlar bununla Rusiya iqtisadiyyatını dağıdıb, xalqı etiraz üçün qaldırmaq istəyir”.
Lavrov sanksiyaların Rusiya iqtisadiyyatına zərbə vurduğunu, ancaq bu ziyanın yerli resurslarla örtüləcəyini bildirib.
Samir