Ukrayna danışıqlara hazırdır, lakin Rusiyanın heç bir ultimatumunu qəbul etməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba bəyan edib.
O əlavə edib ki, Rusiya Federasiyası ilə danışıqların ikinci raundunun nə vaxt keçiriləcəyi hələlik məlum deyil.
“Danışıqların birinci raundu oldu. Rusların tələbləri, prinsipcə, dəyişməz olaraq qalır. Bu, Putinin müharibədən əvvəl müraciətində səsləndirdiyi, əslində bizə müharibə elan etdiyi tələblərdir. İndi biz danışıqlara hazırıq, diplomatiyaya hazırıq. Lakin biz heç bir şəkildə Rusiyanın heç bir ultimatumunu qəbul etməyəcəyik”, - nazir Kuleba bildirib.
Nazirin sözlərinə görə, yeni danışıqların nə vaxt aparılacağı hələ məlum deyil.