3 Mart 2022 15:15
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən ABŞ dövlət katibi Antoni Blinkenin Belçika, Polşa, Moldova, Latviya, Litva və Estoniyaya 8 günlük səfəri başlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Qeyd edilir ki, səfər Rusiyanın Ukraynaya qarşı davam edən məqsədyönlü hərəkətləri ilə bağlı NATO müttəfiqləri və avropalı tərəfdaşlarla geniş məsləhətləşmələrin və koordinasiyanın davamıdır.

Dövlət katibi səfərinə Brüsseldən başlayacaq, burada NATO xarici işlər nazirlərinin iclasında iştirak edəcək, Avropa İittifaqındakı həmkarları ilə görüşəcək, G7 Nazirlər Toplantısına qatılacaq və Rusiyanın işğalına qlobal cavabı müzakirə etmək üçün tərəfdaşlarla əlavə görüşlər keçirəcək.

Dövlət katibi martın 5-də Polşaya gedəcək və orada Polşa liderləri, o cümlədən xarici işlər naziri ilə görüşərək gələcək təhlükəsizlik yardımını müzakirə edəcək.

Antoni Blinken daha sonra Kişinyova gedərək prezident Maia Sandu, baş nazir N. Qavrilita və xarici işlər naziri Niku Popesku ilə müzakirələr aparacaq.

Dövlət Departamentinin rəhbəri martın 6-da Vilnüsə gedəcək. Martın 7-də Riqada olacaq dövlət katibi prezident E. Levits, baş nazir K.Karins və xarici işlər naziri E. Rinkeviçslə müzakirələr aparacaq. ABŞ-ın baş diplomatı səfərini Tallində yekunlaşdıracaq.

Hər üç səfər zamanı Blinken Ukraynaya dəstək, NATO-nun çəkindirmə və müdafiə gücünü gücləndirmək, demokratiya və insan haqlarını inkişaf etdirmək, Baltikyanı müttəfiqlərlə iqtisadi və enerji əməkdaşlığı dərinləşdirmək üçün birgə səyləri müzakirə edəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər