3 Mart 2022 18:38
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiyanın hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, hərbi attaşeyə Ukraynaya Polşa vasitəsilə Xorvatiyadan 200-ə yaxın muzdlunun gəldiyi bildirilib.

Qeyd olunub ki, Xorvatiyadan gələn muzdlular Ukraynanın cənub-şərqindəki milliyyətçi batalyonların tərkibinə daxil olub.

Bildirilib ki, Ukraynaya gələn əcnəbi muzdlular Rusiya Ordusuna qarşı diversiya və hücumlar törədir və bütün bu hücumlar Qərbin Ukraynaya verdiyi silahlar - “Javelin”, NLOW və Stinger silahları vasitəsi ilə həyata keçirilir.

Rusiya Müdafiə Nazirliyi bununla bağlı Ukraynaya gəlmək istəyən xarici vətəndaşlara xəbərdarıq edib: “Kiyevin milliyyətçi rejimi üçün Ukraynaya gəlməyi planlaşdıran xarici dövlətlərin vətəndaşlarını səfərdən öncə yeddi dəfə düşünməyə çağırırıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər