Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ukraynalı həmkarı Dmitro Kuleba ilə telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumatda qeyd olunub ki, telefon danışığı zamanı tərəflərin mülki əhalinin çıxarılması üçün humanitar dəhlizin yaradılması haqqında razılığa gəlməsindən Türkiyənin məmnunluğu ifadə edilib.