4 Mart 2022 14:32
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olub.

Bunu Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib.

O qeyd edib ki, hadisə avtomobilin raket atəşinə tutulması nəticəsində baş verib: "Maşında olan bir azərbaycanlı ölüb, biri isə yaralanıb. Meyit şəhərdəki məscidə gətirilib. Hələ şəxsiyyəti bilinmir".

A.Babayev deyib ki, Nikolayev şəhərində 14 minə yaxın azərbaycanlı yaşayır./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər