Rusiya ordusunun general-mayoru Ukraynanın Xarkov şəhəri yaxınlığında öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Xarkov yaxınlığında gedən döyüşlər zamanı Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci ordusunun komandanı, general-mayor, qərargah rəisi, komandanın birinci müavini Vitali Gerasimov məhv edilib. Həmçinin Rusiya ordusunun bir sıra yüksək rütbəli zabitləri məhv edilib və yaralanıb”, - məlumatda deyilir.