8 Mart 2022 16:11
3 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin Antalyada görüşməsinə razılıq verib”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu barədə razılıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə onunla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı zamanı əldə olunub.

Zaxarova bildirib ki, çox şey Ukrayna tərəfinin ən azı substantiv dialoqa nə dərəcədə hazır olmasından asılı olacaq.

O qeyd edib ki, Sergey Lavrov və Ukrayna Xarici işlər naziri Dmitri Kuleba arasında görüş martın 10-da Antalyada keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər