9 Mart 2022 12:06
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Polşanın sovet istehsalı hərbi təyyarələrin Amerika vasitəsilə Kiyevə verilməsi təklifini rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi məlumat verib.

“Polşanın təklifi bizim üçün mümkün görünmür”, - Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ hökumətinin ixtiyarında olan döyüş təyyarələrinin Almaniyadakı Amerika və NATO bazalarından Rusiyanın müharibə apardığı Ukraynaya göndərilməsi perspektivi bütün alyansda narahatlıq yaradır.

“Biz bu məsələ ilə bağlı Polşa və digər NATO müttəfiqlərimizlə məsləhətləşmələri davam etdiririk”, - Pentaqonun sözçüsü vurğulayıb.

O, həmçinin deyib ki, Polşaya məxsus təyyarələrin Ukraynaya verilməsi ilə bağlı qərar son nəticədə Polşa hökumətinin üzərinə düşür.

Polşa bütün MiQ-29 qırıcılarını ABŞ-ın Almaniyadakı aviabazasına təhvil verməyə hazır olduğunu açıqlayıb. Rəsmi Varşava ABŞ-dan həmin qırıcıların Kiyevə çatdırılmasını istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər