23 Noyabr 2014 15:07
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Afrika ölkələrində Ebola virusundan ölənlərin sayı 5.459-a çatıb.


Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Məlumata görə, 18 noyabradək əksəriyyəti Qərbi Afrika ölkələri Liberiya, Qvineya və Sierra Leone olmaq üzrə 15 min 351 nəfər Ebola virusuna yoluxub. Liberyada virusa yoluxmuş 7.082 xəstədən 2.963 nəfəri, Sierra Leonedə 6.190 xəstədən 1.267 nəfəri, Qvineyada isə 2.047 xəstədən 214 nəfəri həlak olub.


Eyni zamanda Malidə 6, Nigeriyada 8, ABŞ-da isə 1 nəfər bu virusdan dünyasını dəyişib. O cümlədən Ebolaya yoluxmuş 588 səhiyyə işçisindən 337-i vəfat edib.


Müəllif:

Oxşar xəbərlər