11 Mart 2022 14:36
1 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Baş naziri Boris Conson Rusiyanın Ukraynaya hücumu ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, rus ordusunun Ukraynanın Mariupol şəhərindəki doğum evini bombaladığını xatırladan Conson Qərbin mülki vətəndaşların ölümünün qarşısını almaq üçün nə vaxt müdaxilə edəcəyi sualına da cavab verib.

“Mariupolda baş verənlər Putinin bütün mədəni normaları rədd etməyə hazır olduğunu və rusların hansı sarkazmın içində olduğunu göstərir. İngiltərə hazırda Putin rejiminə və onun ətrafındakılara iqtisadi sanksiyalarla təzyiqləri artırır”, - Conson deyib.

Baş nazir Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edə biləcəyi xəbəri ilə bağlı deyib:

“Bu, onların oyun kitabından çıxıb. Orada amerikalılar tərəfindən kimyəvi silahların saxlanılması haqda danışmağa başlayıblar. Qorxuram ki, özləri ora kimyəvi silahlar yerləşdirirlər və buna görə də belə saxta iddialar ortaya atırlar. Bunu Suriyada görmüşük. Hətta İngiltərədə də görmüşük. İndi etdikləri şeyin də bu olduğunu deyirəm. Bu, barbar bir hökumətdir”.

Conson Ukraynada uçuşlara qadağa zonası elan edilib-edilməməsi ilə bağlı bunun olmayacağı fikrini təkrarlayıb: “Problem İngiltərənin NATO-nun Rusiya ilə birbaşa qarşıdurmanın içində yer alacağı xətlə bağlıdır”.

“Sizcə bu qarşıdurmada milyonlarla insan ölə bilərmi?” sualına Conson belə cavab verib: “Məncə, bu, Putindən asılıdır. Bu, yalnız ondan asılıdır və hər kəs hər şeyin onun istədiyi kimi getmədiyini görür. Məncə, onun üçün ən yaxşı variant zorakılığı dayandırmaq və sülh danışıqlarına başlamaqdır”.

Consondan İngiltərə Xarici işlər naziri Liz Trasın “Ukraynadakı müharibə onilliklər çəkə bilər” fikri ilə razı olub-olmadığı soruşulduqda bunları deyib:

“Düşünürəm ki, bu, yenə də Putindən asılıdır, amma qəti şəkildə düşündüyüm odur ki, ukraynalılar və Ukraynada müqavimət göstərmək istəyi heç vaxt sönməyəcək. Fikrimcə, Vladimir Putin ya indi, ya da sonra dəhşətli səhvə yol verdiyini qəbul edəcək. Onun qarşısında duran iki variant arasındakı fərq də budur. O, qorxunc səhv hesablama etdi və geri çəkilməlidir. Ukraynada günahsız insanları öldürməyi dayandırmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər