SSRİ həmişə sanksiya şərtləri altında yaşayıb və nəhəng uğurlar əldə edib.
Teleqraf.com bildirir ki, bunu Rusiya Prezidenti Prezident Vladimir Putin Moskvada Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib.
“SSRİ həqiqətən də sanksiya şərtləri altında yaşayıb, inkişaf edib və nəhəng uğurlar əldə edib... Hətta 1990-cı illərdən sonra da Rusiyaya münasibətdə sanksiyalar saxlanılıb, sonra Sovet İttifaqı dövründən qalma sanksiyalar yeni və müasir dövrə keçib”, - deyə Putin bildirib.