14 Mart 2022 08:15
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Roman Abramoviç və digər rusiyalı biznesmenlərə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qeyd olunub ki, Abramoviçin adı barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqi mümkünlüyünün araşdırıldığı 15 şəxsin siyahısında var.

Aİ həmçinin aviasiya və gəmiqayırma sahələrində fəaliyyət göstərən Rusiyanın dövlət müəssisələrinə qarşı növbəti iqtisadi sanksiyaları nəzərdən keçirir. Qəzetin sanksiya siyasətinin müzakirəsi ilə tanış olan iki mənbənin bildirdiyinə görə, Rusiya banklarına reytinq qadağasının tətbiqi, qara metallurgiya məhsullarının idxalına qadağa və Rusiyanın enerji sektoruna yeni investisiyalar, habelə lüks malların ixracına məhdudiyyətlər məsələləri öyrənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər