ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Çin Xarici Əlaqələr Komissiyası ofisinin direktoru, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Yan Çzeçi Ukraynadakı vəziyyəti müzakirə etmək üçün martın 14-də Romada görüşəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn açıqlama verib.
Qeyd olunub ki, görüşün Vaşinqtonun ABŞ və Çin Xalq Respublikası arasında açıq ünsiyyət xətlərini saxlamaq üçün davam edən səyləri çərçivəsində baş tutacağı bildirilir.
Tərəflər iki ölkə arasında rəqabəti idarə etmək səylərini və Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin qlobal və regional təhlükəsizliyə təsirini müzakirə edəcəklər.