Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası "humanitar yardım" adı altında Rusiyanın Donetskə hərbi texnika göndərdiyini əks etdirən video yayımlayıb.
Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının tvitter hesabında qeyd edilib:"Donetsk küçələrində Rusiyanın humanitar yardım adlandrdığı maşın karvanında artileriya silahlarının yedəyə alındlığı görüntülənib".
"Aydındır ki, humanitar karvanın önündə kedən maşındakı da şokalad deyil", - Şuranın sözçüsü Vladimir Polevoy bildirib.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi isə videonu təkzib edib. Nazirlikdən bildirilib ki, 22-23 noyabr tarixlərində Ukrayna ərazisində Rusiyaya məxsus humanitar karvan omayıb.