Rumıniyanın Dumitra bələdiyyəsində, Ukrayna sərhədindən 100 kilometr cənubda naməlum PUA qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, polis dronun üzərində hərbi məqsədlər üçün istifadə edildiyinə dair heç bir fərqlənmə nişanı və ya avadanlıq olmadığını bildirib.
Qeyd olunur ki, dron Rusiya istehsalı olan "Orlan-10" pilotsuz uçuş aparatıdır.
Bu model kəşfiyyat məlumatları toplamaq və hədəfləri müəyyən etmək üçün istifadə edilir.