Nigeriyanın şimalında islamçıların həyata keçirdiyi növbəti hücum nəticəsində onlarla adam həlak olub.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Çad gölü yaxınlığında həyata keçirilmiş hücum zamanı göl sahilində balıq satışı ilə məşğul olan 50-dək adam ödürülüb.
Yerli sakinlərin ifadələrinə əsasən, islamçılar əvvəlcə yolu bağlayıblar, sonra onlarla adamın boğazını kəsib, qalanlarını isə əl-qolunu bağlayaraq gölə atıblar.
Son bir neçə gün ərzində bu, Borno ştatında sayca ikinci irimiqyaslı hücumdur. Qətliamın 4 yaraqlının güllələnməsinə cavab olaraq "Boko Haramın" qisas aksiyası olduğu ehtimal edilir.