15 Mart 2022 13:15
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın hücum əməliyyatları üçün 10 günlük resursları qalıb”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Avropadakı hərbi qüvvələrinin keçmiş komandanı general Ben Hodces deyib.

Amerikalı general Qərbi Ukraynaya dəstəyini artırmağa çağırıb.

“Təzyiq davam edərsə, Rusiya qüvvələri yaxın 10 gün ərzində kulminasiya nöqtəsinə çatacaq. Onların insan resursları, sursat çatışmazlığı problemləri var. Ukraynaya dəstəyi sürətləndirmək, genişləndirmək lazımdır ki, Rusiya artilleriyasını, raketlərini və qanadlı raketlərini məhv edə bilsin. İndi qaza qənaət etməmək vacibdir”, - Hodces bildirib.

O, hesab edir ki, növbəti həftə kritik ola bilər.

Hodcesin fikrincə, Ukraynanın ən çox silaha ehtiyacı var və belə bir yardım Rusiyanın quru və dəniz artilleriyasını, o cümlədən raket buraxılış sistemlərini məhv edəcək.

General Rusiya qüvvələrinin ciddi çatışmazlığının olduğunu, hərbi əməliyyatları qeyri-adekvat planlaşdırdığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər