Çin Rusiya-Ukrayna müharibəsini qabaqcadan bildiyi və Moskvanın bu ölkədəki hərbi əməliyyatlarını dəstəkləməsi ilə bağlı iddianı təkzib edib.
Teleqraf.com xəbər verir ki, Çinin ABŞ-dakı səfiri Qin Yanq sözügedən iddianın tamamilə yalan olduğunu bildirib.
“Çin bu əməliyyatı əvvəlcədən bilsəydi, onu dayandırmaq üçün əlindən gələni edərdi”, - səfir vurğulayıb.
Ölkə rəsmiləri bir müddətdir ki, Çinin bu müharibənin tərəfdarı olmadığına dair açıqlamalar verirlər. Çin Xarici işlər naziri Vanq Yi bildirib ki, rəsmi Pekin bu böhranın tərəfi deyil və sanksiyaların təsir dairəsinə düşmək istəmir.
Pekinin son açıqlamalarında Çin hökumətinin Rusiyaya yardım məsələsinə son dərəcə ehtiyatla yanaşacağına işarə olunub.
Çin rəsmiləri Rusiyaya hərbi yardımla bağlı iddianı dərhal təkzib edib. Çin XİN bu iddianın “Amerikanın dezinformasiyası” adlandırıb.