16 Mart 2022 14:12
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev şəhərin müdafiəsi yerinə yetiriləcək strateji bir vəzifədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujni deyib.

General əlavə edib ki, müharibənin ilk günlərində Rusiya Federasiyası Kiyevi tez tuta biləcəyini düşünürdü: “Putin ordusu Peçerskə enməyi planlaşdırırdı. Lakin paytaxt sağ qalıb və indi işğalçılar onu ələ keçirə bilməyəcəklər. Şəhərin müdafiəsi ciddi təşkil edilib”.

Kiyevin müdafiəsinin strateji vəzifə olduğunu bildirən general əlavə edib ki, əsas yükü Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının bölmələri və vətəndaşlar daşıyır: “Kiyev ayaq üstə qalacaq!”.


Müəllif: Nemət

Oxşar xəbərlər