16 Mart 2022 22:57
1 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Daxili İşlər Nazirliyi ilə işləyən Milli Cinayət Agentliyi (NCA) xüsusi yaradılmış “Kleptokratiya” bölməsi ilə Rusiya lideri Vladimir Putinin sərvətinin izinə düşüb.

Teleqraf.com xəbər verir ki, Putinin milyonlarla funt-sterlinqlik şəxsi sərvətinin Londonda gizlədildiyi güman edilir.

NCA araşdırmanı kəşfiyyatla birgə aparır. Bildirilib ki, əsas məqsəd İngiltərədəki rus oliqarxların ardınca Putinin sərvətini tapmaqdır. Güman olunur ki, Rusiya lideri bu nəhəng sərvəti önündə “yaşıl işıq” yandırdığı oliqarxlarla gizli sövdələşmələri nəticəsində qazanıb.

2017-ci ildə ABŞ Senatının sanksiya məhkəməsi ilə bağlı araşdırma aparan Bill Broder adlı maliyyə ekspertinin verdiyi ifadəyə görə, Putinin şəxsi sərvəti 200 milyard dollar civarındadır. Bu, onu dünyanın ən zəngin adamı edir.

İngiltərə Baş naziri Boris Conson müharibənin ilk günlərində NCA-nın Rusiyadakı kleptokratiya şəbəkəsinə qarşı mübarizəyə başlayacağını açıqlamışdı. Rusiyaya qarşı iqtisadi müharibəyə başlayan İngiltərənin əsas məqsədi bu ölkədə gizlədilən Rusiya aktivlərinə çatmaq və onları dondurmaqdır. Putinə qarşı şəxsi sanksiya qərarı da verən NCA-nın müəyyən etdiyi aktivləri dondurmaq səlahiyyəti var.

Rəsmi mənbələr Putinin illik gəlirini 10 milyon rubl olaraq açıqlayıb. Bu, illik 70 min funt-sterlinq maaşa bərabərdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər