18 Mart 2022 13:24
1 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Quru Qoşunları Kiyev vilayəti səmasında Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub.

Teleqraf.com xəbər verir ki, bunu Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Pavlyuk məlumat verib.

Hərbi administrasiya rəhbərinin sözlərinə görə, Ukrayna Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri Stinger MANPADS-in köməyi ilə saat 8:15 radələrində Buça rayonunda təyyarəni vurub.


Müəllif: Nemət