18 Mart 2022 18:26
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzi bölgələrdə ruslar hücumun intensivliyini azaldaraq müdafiəyə keçib”.

Teleqraf.com xəbər verir ki, bunu Kiyev hərbi administrasiyasının rəhbəri general Nikolay Jirnov bəyan edib.

O, əlavə edib ki, Kiyev vilayətindəki rus işğalçıları komandanlığın əmrlərini yerinə yetirə bilmirlər.

“Düşmən hücumdan müdafiəyə keçib, çünki işğalçı əsgərlər şəxsi heyətin böyük itkiləri və xəsarətləri ilə bağlı döyüş tapşırıqlarını yerinə yetirə bilmirlər”, - Jirnov bildirib.

O, əlavə edib ki, müəyyən ərazilərdə işğalçılar hücumun intensivliyini azaldaraq müdafiəyə keçiblər.


Müəllif: Nemət

Oxşar xəbərlər