Fransanın “Mirage 2000-5F” döyüş təyyarələri Estoniyanın təhlükəsizliyi üçün yaradılmış NATO əməliyyat qrupuna qoşulub.
Teleqraf.com xəbər verir ki, Estoniyanın tələbi ilə Fransa bu ölkəyə hərbçi də göndərib.
Fransız hərbçiləri zirehli maşınları ilə Tapa hərbi bazasında Danimarka və İngiltərə hərbçilərinə qoşulub.
NATO Rusiyanın Ukraynaya müdaxiləsi ilə Avropanın şərq və cənub-şərq sərhədlərini gücləndirməyə başlayıb. Müttəfiqlər sərhədyanı ölkələrə əlavə qüvvə, təyyarə və hərbçilər göndərir.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu məqsədlə Bolqarıstana gəlib. O, baş naziri Kiril Petkovla görüşdən sonra ABŞ-ın Bolqarıstana yeni hərbi texnikalar göndərəcəyini açıqlayıb.
Fevralın 24-də işğal başlayandan bəri NATO həmçinin Ukraynaya 20 mindən çox silah göndərib.
Bununla belə, qarşıdurmanın Ukraynadan kənara sıçramaması iddiasıyla qoşun göndərməkdən və ya uçuşa qadağan zona tətbiq etməkdən imtina edir.