Ukraynanın Sumı vilayətinin Oxtırka rayonunda 300-ə yaxın rusiyalı hərbçi əməliyyatların aparılması əmrini yerinə yetirməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Sumı vilayətinin Oxtırka rayonunda Rusiya hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın işğalçı döyüş əməliyyatlarının aparılması əmrini yerinə yetirməkdən imtina edərək, 70 texnika ilə əməliyyat zonasını tərk edib”, - Baş Qərargahdan bildirilib.