22 Mart 2022 17:29
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Rusiyanın kimyəvi və bioloji silahlardan istifadə edə biləcəyi ilə bağlı bəyanatları bədxassəli eyhamdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Bizdə nə bu var, nə də o biri. Amerikalıların dedikləri pis niyyətli eyhamlardır. Biz bunu həmişə eşidirik və uzun müddətdir onlara dolğun cavablar veririk. Fakt budur ki, ABŞ özündən başqa heç kimi dinləməyə öyrəşməyib”, - Ryabkov bildirib.

ABŞ prezidenti Co Bayden bundan əvvəl bildirib ki, Rusiya Ukraynada kimyəvi silahdan istifadə edərsə, bunun əvəzini ağır şəkildə ödəyəcək.

Ağ Evdən verilən açıqlamada da deyilib ki, ABŞ uzun müddətdir Rusiyanın kimyəvi silahdan istifadə edə biləcəyi barədə xəbərdarlıq edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər