Martın 24-də ukraynalı hərbçilər rus ordusunun daha bir generalını öldürüb.
Teleqraf.com xəbər verir ki, söhbət Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin 49-cu Ümumqoşun Ordusunun komandiri, general-leytenant Yakov Ryazantsevidən gedir.
General Çernobayevkada zərərləşdirilib.
Ukrayna prezident aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç faktı təsdiq edib.
“İndi dəqiq deyə bilərik ki, Cənub Hərbi Dairəsinin 49-cu Ümumqoşun Ordusunun komandiri, general-leytenant Yakov Vladimiroviç Ryazantsevi öldürülüb”,-Ukraynalı rəsmi deyib.