30 Mart 2022 22:28
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir gün əvvəl İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını irəliləyiş kimi qiymətləndirmək olar.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz dünən İstanbulda keçirilən danışıqların nəticələrini müsbət irəliləyiş kimi qiymətləndiririk. Bu, hələ ki, yekun nəticə deyil", - nazir jurnalistlərə deyib.

Xatırladaq ki, martın 29-da İstanbulda Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutub. Dolmabaxça sarayında mətbuata qapalı keçirilən görüş təxminən üç saat davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər