25 Noyabr 2014 01:16
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin mərkəzi hakimiyyətinin sərt siyasəti üzündən Tailanda sığınan uyğurları Türkiyə qəbul edilməsə, onları Çində ölüm gözləyir.

Teleqraf.com xəbər verir ki, İngiltərənin "Channel 4" televiziyası Çində yaşayan uyğurların faciəvi həyatından bəhs edən reportaj hazırlayıb.

Reportajda bildirilir ki, Çinin işğalındakı Şərqi Türküstanda yaşayan 300 türkün həyatı Türkiyədən asılıdır.


İnsan qaçaqçılarının köməyi ilə Tailanda keçən çoxu qadın və uşaq olan türklər oradan Malayziyaya və daha sonra Türkiyəyə gəlmək istəyiblər. Tailand polisi türkləri 9 ay öncə ac və susuz halda meşədə tapıb. Onların Çin vətəndaşları olduqları aşkarlansa geri qaytarılacaqlar və ölkə qanunlarına əsasən edam olunacaqlar.

Onların tək istəyi və nicatı Türkiyədə yaşamaqdır.

Türkiyədən cavab gözləyən türklər ümidlərini üzməyiblər. Amma onların "Boraltan körpüsü" olayında olduğu kimi Türkiyə tərəfindən Çinə təhvil verilmə ehtimalı var.


"Boraltan Körpüsü" olayı 1945-ci ildə olub. Sovet zülmündən qaçaraq Türkiyəyə sığınan azərbaycanlılar Moskvanın istəyi ilə İsmət İnönünün rəhbərlik etdiyi CHP hökuməti tərəfindən geri təhvil verilib və onlar Araz çayı üzərindəki Boraltan Körpüsündən keçən kimi sıraya düzülərək güllələnib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər