25 Noyabr 2014 09:43
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti iclasında Rusiyanın nüfuzunun məhdudlaşdırılması ilə bağlı məsələyə baxıla bilər.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu AŞPA-nın baş katibi Voyçieç Saviçki məlumat verir. Onun sözlərinə görə, yanvar ayında baş tutacaq müzakirə çərçivəsində digər ölkələrin nümayəndə heyətlərinin fikirləri dəqiqləşdiriləcək.

Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin beynəlxalq əlaqələr komitəsinin rəhbəri Vladimir Dzhabarova isə baş katibin belə bir açıqlama vermək səlahiyyətinin olmadığını deyib. O qeyd edib ki, AŞPA Rusiyanın nüfuzunu məhdudlaşdıracaq tədbirlər görəcəyi təqdirdə rəsmi Moskva Assambleyasını tərk edəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər