26 Noyabr 2014 12:13
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusuna aid döyüş təyyarələri İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı Rakka şəhərinə hücumlar təşkil edib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya Ümumi İnqilab Şurası məlumat yayıb. Bildirilir ki, hücumlar nəticəsində 130 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Rəsmilər ölənlərin əksəriyyətinin qadınlar və uşaqlar olduğunu açıqlayıblar.

Şura yaydığı məlumatda İŞİD bazalarının bombalandığını qeyd edir.

Samir


Müəllif:

Oxşar xəbərlər