1 May 2022 11:35
1 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı və bu ölkənin birinci xanımı Əminə Ərdoğan ailəsinin yemək mədəniyyətindən danışıb.

Teleqraf.com xəbər verir ki, “Yüzillik reseptlərlə türk mətbəxi” kitabından bəhs edən xanım Ərdoğan Türkiyənin zəngin mətbəx mədəniyyətinin olduğunu bildirib.

“Mətbəximiz böyük bir xəzinədir, böyük bir zənginlikdir. Ancaq bizim ləzziz yeməklərimizi dünyaya tam şəkildə tanıtmaq mümkün deyil. “Yüzillik reseptlərlə türk mətbəxi” bu fikirlərlə doğulub. Bu kitabda mətbəximizin önəmi və əsas personajları işıqlandırılıb”, - Türkiyənin birinci xanımı deyib.

Əmin Ərdoğan ailəsinin süfrə ənənələri və mədəniyyəti haqda isə bunları söyləyib:

“Mən Siirtdənəm. Amma İstanbulda doğulub böyümüşəm. Ona görə də İstanbul mətbəxinə daha çox hakiməm. Müxtəlif yerli mətbəxlərdən yeməklər bişiririk. Sevərək yediyimiz ləzzətlər arasında kitel, pərdə plovu, qovurmalı bulqur şorbası (sever basal) var. Süfrəmizdə zeytun yağlı yeməklər də tez-tez olur.

Tayyib bəy Qara dəniz bölgəsindən olduğu üçün bu kulinariya mədəniyyətini də mənimsəmişəm. Mümkün çeşidli ləzzətlərə açığam. Yemək kitablarında və ya qəzetlərdə gördüyüm reseptləri sınayırdım. Hətta heç vaxt unutmadığım lobya tortu reseptim var. Bu tortu yeyən inana bilmir ki, içində un yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər