ABŞ-ın vitse-prezidenti Kamala Harrisdən bazar ertəsi COVID-19 üçün götürülən analiz nümunəsi mənfi çıxıb və çərşənbə axşamı işinin icrasına dönəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə vitse-prezidentin ofisinə istinadən "Axios" portalı məlumat yayıb.
Məlumata əsasən, K.Harris 10 gün ərzində insanlarla təmasda olduğu zaman tibbi maskadan istifadə edəcək.
Xatırladaq ki, Kamala Harris koronavirusa aprelin sonunda yoluxub. Onun xəstəliyi simptomsuz keçib.