"SWIFT" Beynəlxalq banklararası ödəniş sistemindən ayrılacaq Rusiya banklarının siyahısının genişləndiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrell Panamaya səfəri zamanı jurnalistlərə deyib.
"SWIFT sistemindən çıxarılacaq daha çox Rusiya bankı olacaq. Enerji sektorunda biz Rusiya neftinin idxalına təsir edəcək tədbirlər axtarırıq", - deyə C.Borrel bildirib.