Roma Papası Fransisk Ukraynadakı vəziyyətin həllinə yardım çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya getməyə hazır olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu bardə o, “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
“Hələlik Kiyevə getməyəcəm. Mən dördüncü dəfə ora kardinal Mixail Çerni və kardinal Konrad Krayevskini göndərdim. Amma hiss edirəm ki, mənim ora getməyimə ehtiyac yoxdur. Əvvəlcə Moskvaya getməliyəm, əvvəlcə Putinlə görüşməliyəm”, - deyə Roma Papası qeyd edib.
Papa Fransisk bunun üçün Moskvaya getməyə hazır olduğunu bir neçə dəfə vurğulayıb.