4 May 2022 11:42
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynanın Kramatorsk və Severodonetsk şəhərlərini ələ keçirmək üçün İzyumdan kənara çıxmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.

Kəşfiyyat rəsmilərinin fikrincə, bu ərazilərin ələ keçirilməsi Rusiyanın Donbasın şimal-şərqi üzərindəki hərbi nəzarətini gücləndirəcək və regionda Ukrayna qüvvələrinin qarşısını kəsmək səyləri üçün tramplin olacaq.

Rusiya artıq İzyum ətrafında 22 batalyon-taktiki birliklərini yerləşdirib. Ruslar Donbasın şimal istiqamətində irəliləməyə çalışırlar.

Bundan əvvəl bildirilib ki, ruslar ağır “Tulip” minaatanlarından ibarət bir batareya və “Tornado” reaktiv yaylım atəşi sistemləri ilə silahlanmış bölməni İzyum yaxınlığında yerləşdiriblər. Bu gün səhər saatlarında məlum olub ki, İzyumdan 20 km aralıda yanmış kolon rus qüvvələrini sursatla təmin edirmiş.

Son həftələrdə ruslar ən böyük itkilərini İzyumda veriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər