ABŞ Prezidenti Co Bayden Ağ Evin yeni sözçüsü vəzifəsinə Karin Jan-Pyerin təyin edildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Bayden seçiləndən bəri baş mətbuat katibinin müavini vəzifəsində işləyən 44 yaşlı Karin Ağ Evin ilk qaradərili qadın və homoseksual sözçüsü olacaq.
“Karin təkcə özü ilə bu rol üçün lazım olan təcrübə, istedad və etibarlılığı gətirmir, həm də Amerika xalqı adından Bayden-Harris administrasiyası ilə bağlı ünsiyyətdə yol göstərməyə də davam edəcək”, - Bayden yeni təyinatla bağlı açıqlamasında deyib.
Təyinatın önəmindən danışan Ağ Evin hazırkı sözçüsü Cen Psaki də öz varisini yüksək qiymətləndirib.
Cen Psaki yerini Karinə mayın 13-də təhvil verəcək.
Yeni vəzifəsindən məmnun olan Jan-Pyer isə bunu deyib: “Bu, tarixi andır və mən minnətdaram”.