7 May 2022 00:13
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT baş katibi Antoniu Quterreş mayın 9-da Moldovaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə baş katibin nümayəndəsi Stefan Düjarrik bildirib.

Düjarrik deyib ki, Quterreş ölkə rəhbərliyi ilə görüşəcək və ukraynalı qaçqınlarla bağlı vəziyyəti öyrənəcək.

BMT baş katibinin müavini Qriffits isə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün mayın 9-da Türkiyəyə səfər edəcək.


Müəllif: Teleqraf.com