G7 ölkələrinin liderlərinin virtual formatda görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen "Twitter"də bildirib.
"Bu gün Ukrayna Prezidenti Zelenskinin iştirakı ilə biz G7 ölkələri Rusiyanın işğalı qarşısında Ukraynaya dəstəyimizi necə gücləndirəcəyimizi müzakirə etdik.
G7 ("Böyük Yeddilik") ölkələri Rusiya neftinin idxalını mərhələli şəkildə dayandırmaq və ya qadağan etmək öhdəliyi götürüblər.
Ölkə iqtisadiyyatının işləməsi üçün əlavə maliyyə yardımı və Ukraynanın ixracına, xüsusilə də kənd təsərrüfatı mallarının ixracına kömək üçün addımların atılması barədə danışdıq. Avropa Komissiyası Ukraynanın yanındadır", - Ursula fon der Lyayen bildirib.