Ukraynanın erməni əsilli keçmiş daxili işlər naziri Arsen Avakov sabiq deputat, əvvəllər onun müşaviri olmuş İlya Kivanı güllələməyə hazır olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Avakov Kiva ilə bir daha danışmayacağını deyib.
“İmkanım olsaydı, onu vurardım. Düşünürəm ki, əlində silahı olan hər kəs bunu edərdi. Bunu edən istənilən satqın və yaramaza etmək lazımdır”, - eks-nazir bildirib.
Avakov Kivanın əvvəllər özünü anti-Rusiya siyasətçi kimi apardığını və bu maska altında özünü peşəkarlıqla gizlətdiyini söyləyib.
Arsen Avakov keçmiş müşavirinin siyasi baxışlarının kəskin dəyişməsinə də münasibət bildirib:
“Sonra Medvedçuk onun həyatına girdi. Sonra pul gəlməyə başladı. İndi isə Rusiya televiziyasında Ukrayna şəhərlərini nüvə bombası ilə bombalamağa çağırışlar edən əclafdır”.
İlya Kiva Rusiya qoşunları genişmiqyaslı hərbi müdaxiləyə başlamazdan əvvəl Ukraynanı tərk edib. Martın 6-da ona vətənə xəyanət və digər ittihamlar üzrə cinayət işi açılıb. Martın 12-də beynəlxalq axtarışa verilib.
Qeyd edək ki, Arsen Avakov 1964-cü il yanvarın 2-də Azərbaycanın paytaxtı Bakıda doğulub.