Belarusun “Kastus Kalinovski” batalyonunun rota komandiri Pavlo Volat Ukraynadakı müharibədə öldürülüb.
teleqraf.com xəbər verir ki, bu barədə batalyonun Teleqram kanalında məlumat verilib.
“Bu gün batalyonumuz böyük itki verib. Ukrayna kəndlərinin Rusiya işğalından azad edilməsi əməliyyatı zamanı rota komandiri, taborumuzun hərbi qulluqçusu Pavlo Volat ölümcül yaralanıb. Onu ağır vəziyyətdə xəstəxanaya çatdırmağa cəhd ediblər, lakin buna nail olmağa vaxt olmayıb”, - açıqlamada qeyd edilib.
Bu, 2022-ci ilin fevralından Ukraynada rus işğalçılarına qarşı döyüşərək həlak olan altıncı belarusludur.
Qeyd edək ki, “Kastus Kalinovski” adına Belarus batalyonu Ukrayna Silahlı Qüvvələri ilə birlikdə Rusiyaya qarşı döyüşür.