27 Noyabr 2014 19:44
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda nəqliyyat işçiləri 24 saatlıq tətilə başlayır. Dövlət sektorunun həmkarlar ittifaqının ali şurası və Yunanıstan ümumi əmək konfederasiyasının təşkil etdiyi tətilin məqsədi hakimiyyətin sərt qənaət siyasətinə və 2015-ci il dövlət büdcəsinə əlavə edilən “xalq əleyhinə tədbirlər”ə etiraz bildirməkdir.

AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tətil ölkədə dəmir yol, dəniz və hava nəqliyyatının iflic olmasına gətirib çıxaracaq. TrainOSE dəmir yolu kompaniyası artıq qatarlarının hərəkətinin dayandırılması barədə məlumat verib. Bundan başqa dəniz limanlarda səfərlər və aeroportlarda daxili və xarici şirkətlərin yüzlərlə reysi təxirə salınıb. Aegean Airlines şirkəti 97 daxili və 65 xarici, Olympic Air şirkəti isə ümumilikdə 34 reysini ləğv edib.

Tətillə əlaqədar Afinanın şəhər nəqliyyatı da xüsusi qrafik üzrə işləyəcək. Beynəlxalq hava limanı ilə paytaxt arasında metro hərəkəti dayandırılacaq.

Afinadan başqa, digər şəhərlərdə də kütləvi nümayişlə keçirilməsi planlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər