17 May 2022 20:38
1 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Finlandiyanın Moskvadakı səfirliyinin 2 əməkdaşını ölkədən qovub.

Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Finlandiyanın Moskvadakı səfiri Antti Helanteranın sözügedən quruma çağırıldığı bildirilib.

Səfir Helanteraya Finlandiya səfirliyinin 2 əməkdaşının deportasiyası barədə məlumat verilib.

Səfirə Finlandiyanın Rusiyaya qarşı ziddiyyətli münasibəti ilə bağlı etiraz notası verilib.

Bundan əlavə, Antti Helanteraya Finlandiya rəsmilərinin ziddiyyətli davranışlarına cavab olaraq səfirliyin 2 əməkdaşının ölkədə uzun müddət qalmasının qəbuledilməz olduğu bildirilib.

Qeyd edək ki, Finlandiya bundan əvvəl NATO üzv olacağını açıqlayıb. Rəsmi Helsinkinin qərarı Moskvada etirazla qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər