18 May 2022 08:25
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken mayın 18-də Nyu-Yorkda Strateji Dialoq Mexanizmi çərçivəsində Ankara-Vaşinqtonun ilk nazirlər toplantısı çərçivəsində görüşəcək.

Teleqraf.com xəbər ki, bu mexanizm fikir ayrılıqlarının aradan qaldırılması və əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə işə salınıb.

Çavuşoğlu və Blinken Strateji Dialoq Mexanizmi çərçivəsində iqtisadi əməkdaşlığın vəziyyəti və perspektivlərini, terrorla mübarizə, müdafiə sektorunda tərəfdaşlığı müzakirə edəcək, regional gündəliyin əsas aspektləri ətrafında fikir mübadiləsi aparacaqlar.

Tərəflər danışıqlar yolunun effektivliyini maksimum dərəcədə artırmağa yönəlib.

Vaşinqtonla Ankara arasında əsas fikir ayrılığı ABŞ-ın YPG terrorçularına (PKK terrorçularının Suriya qanadı) verdiyi dəstəklə bağlıdır. ABŞ-ın Suriyadakı terror təşkilatları ilə əməkdaşlığı Türkiyə ilə münasibətləri ciddi şəkildə soyudub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər