18 May 2022 13:38
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Dumasında SSRİ bayrağının Rusiyanın yeni dövlət bayrağı kimi tanınması təklif edilib.

Teleqraf.com xəbər verir ki, bu təklifi Dövlət Dumasının deputatı Mixail Şeremet verib.

“Bu gün Qərb ölkələri qələbə bayrağına (SSRİ bayrağı) savaş açıb, onu hər yerdə qadağan edib. Çünki bu simvoldan qorxurlar, ona görə ki, qırmızı qələbə bayrağı onlara xalqımızın əzəmətini və böyük qələbəmizi xatırladır. Məncə, xalqın əzəmətini tanımaq vaxtıdır. Milli bayrağımız kimi qələbə bayrağımız tanınsın”, - Şeremet deyib.

Onun sözlərinə görə, Rusiya bayrağı ilə fəxr edir, amma hesab edir ki, SSRİ bayrağı bu gün “dirçələn superdövlətin simvolu” kimi aktualdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər