“Belarus məhsullarının satışına Rusiya tərəfindən qoyulan qadağa bizi təəssüfləndirir”.
Teleqraf.com-un RİA-Novosti-yə istinadən məlumatına görə, müvafiq bəyanatla Belarus prezidenti Aleksandr Lukaşenko çıxış edib.
Lukaşenko vurğulayıb ki, Moskvanın Belarusa qarşı yürütdüyü ayrı-seçkilik siyasəti onun üçün təəccüblü deyil:
“Yaxın müddət ərzində iki ölkə arasında ticarət əlaqələri normallaşmasa, o zaman biz əks cavablar verəcəyik. Bu, nə hərəkətdir?”
Xatırladaq ki, Rusiya son zamanlar Belarusa qarşı yönələn ticarət qadağalarını gözlənilmədən artırıb. Belə ki, bir müddət öncə Belarusdan ət və süd məhsullarının gətirilməsi qadağan edilmişdi.