28 Noyabr 2014 00:15
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusuna hərbi yardımın birinci partiyası Kanadadan təyyarə ilə yola salınıb.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Ukrayna XİN öz Facebook səhifəsində bildirib.

"Ukraynanın Kanadadakı səfiri Vadim Pristayko bildirib ki, Kanada hökumətnin hərbi yardımının birinci partiyası təyyarə ilə Ukraynaya göndərilib. Kanadanın müdafiə naziri Rob Nikolson ölkəsinin Ukraynaya 11 milyon dollar məbləğində yardım ayırdığını bildirib", - XİN-in məlumatında bildirilir.

Hərbi yardımı gətirən Kanada hərbi-hava qüvvələrinin təyyarəsi noyabrın 28-də Borispol aeroporuna enəcək.

Nihad


Müəllif:

Oxşar xəbərlər