G7 ölkələri Ukrayna iqtisadiyyatına 15 milyard dollardan çox vəsait ayıracaq. Maliyyələşdirmə ilə bağlı vədlər G7-nin maliyyə nazirləri və Almaniya mərkəzi banklarının rəhbərliyinin iki günlük görüşündən sonra açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Kanet Yellen bildirib.
Nazir əlavə edib ki, maliyyələşdirmə ilə bağlı vədlər G7-nin maliyyə nazirləri və Almaniya mərkəzi banklarının rəhbərliyinin iki günlük toplantısının ilk günündə açıqlanıb.
“Biz Ukraynanı dəstəkləyirik. Biz bunun öhdəsindən gəlmək üçün lazım olan resursları birləşdirəcəyik”, - nazir deyib.
O qeyd edib ki, Avropa Komissiyası əvvəllər 9 milyard avroya qədər, digər ölkələr, o cümlədən Kanada və Almaniya əlavə vəsait vəd edib.
G7-nin maliyyə idarələrinin rəhbərləri Rusiyanın Avropaya neft ixracından əldə etdiyi gəlirlərin azaldılması mexanizmlərini də müzakirə ediblər. Yellen, konseptin böyük maraq doğurduğunu vurğulayıb.
Digər mühüm müzakirə mövzusu yüksək qlobal inflyasiya olub, lakin siyasətçilərdən heç biri inflyasiya hədəfini yüksəltməyi düşünməyib.